Haqqımızda

Ümumi məlumat

Smart Telecom 2016-cı ildən fəaliyyətə başlamış, 150-dən çox elektronik məhsulun Azərbaycanda satışını həyata keçirən biznes fəaliyyətidir. Mövcud bazar şəraitinə yeni bir səs gətirməyə hazırlaşan qurum, tezliklə satış bazarında tanınaraq daha böyük əraziləri əhatə etməyi planlaşdırır. Şirkət Azərbaycana müxtəlif növ elektronik məhsulların münasib qiymətlər və razılaşmalı kredit şərtləri ilə gətirilməsini və ölkədə satışını həyata keçirir. İlk addımlar atılarkən, real rəqabət şəraitində bazarın uzunmüddətli analizi və hədəf kütləsinin müəyyənləşdirilməsindən sonra investor cəlb olunmasına və rəsmi əməkdaşlıqlar üçün danışıqlara başlanılmışdır.Münasib qiymət strategiyası və kreditləşmə şərtləri ilə şirkət, bazarda hədəflənən alıcı kütləsinin diqqətini qısa müddət ərzində cəlb etmiş və məhsulların kütləvi satışına başlanmışdır. Şirkət brendinin, şirkətin kadr strategiyasında əsas yeri tutan gənclərin fərdi şəkildə yönəldikləri satış auditoriyaları arasında sürətlə yayılması, ilk planlanan göstəricilərin tam şəkildə ödənilməsini və qısa müddətli şirkət hədəflərinə nail olunmasını təmin etmişdir. Mövcud bazar şəraitində üstünlüyümüzün təminatçısı olan qiymət strategiyamız və kredit şərtlərimiz, bazarda potensial və cari müştəri bazamızın genişlənməsi və stabil davam edən statistik artım da şirkətin uğurlu faəliyyətinin bariz nümunəsidir. 

 

Müştəri auditoriyası

Smart Telecom şirkərti olaraq biz, uzun müddətdir ki bazarda öz artım tempini qoruyub saxlayan “orta yaşlı (30 -50 yaş) müştəri auditoriyası” trendinin və potensial müştəri auditoriyasının qruplara bölünməsi tendensiyasının axım istiqamətini daha çox gənc və yeniyetmələrə (18-50 yaş) doğru yönəltməyi planlaşdırırıq. Şirkətin fəaliyyət planının əsas məqsədlərindən biri olan bu yönləndirmənin köməyi ilə biz yaşından, sosial statusundan, maddi vəziyyətindən asılı olaraq hər bir müştəri auditoriyasının büdcəsinə uyğun məhsul təklfinə hazırıq. Kompaniyalar, güzəştli satış şərtləri, endirimlər və kredit şərtləri üzrə güzəştlər daha çox gənc və yeniyetmələr, universitet tələbələri və yeni biznesə addım atan gənc sahibkarlar üçün nəzərdə tutulacaqdır.  

 

Marketinq strategiyası

Şirkət məhsullarının bazarda reklam olunması, brendin tanıdılması, bazarda təsir dairəsinin genişləndirilməsi və məhsul satışının artırılması yönündə işlərin aparılması üçün hazırlanmış bu strategiya da sektorda mövcud reklam sistemindən fərqli olaraq virtual, sosial-media reklamları ilə yanaşı canlı marketinq və resusr reklamı da özündə əks etdirir. Belə ki, hədəf kütləmiz olan gənclər, yeniyetmələr, universitet tələbələri, yeni biznes layihələr işləyən sahibkarlar və ümumi trend alıcı kütlələrinə öz məhsul və xidmətlərimizi və brendimizi sosial kompaniyalar, video çarxlar, sosial layihələr, startuplara dəstək kompaniyaları, gənclər təşkilatları və universitetlərlə əməkdaşlıqlar, gənclər sektorunda fəaliyyət göstərən qurum və firmalarla ortaq layihələr və koorporativ işlər vasitəsilə tanıdacağıq. Bununla yanaşı şirkətin rəsmi saytı olan www.smarttelecom.az saytı, sosial-media reklamları, ödənişli reklamlar və televiziya proqramlarına sponsor kimi müxtəlif növ marketinq və reklam üsullarından da istifadə ediləcəkdir.

Üstünlüklərimiz və fərqlərimiz 

  1. Sərfəli qiymət və bazara sürətli reaksiya.
  2. Müştəri məmnuniyyətinin önəmliliyi və xidmətlərin keyfiyyətinin daimi yoxlanılması.
  3. Müştərilərin arzularına uyğunlaşdırılan kredit şərtləri
  4. Sifarişlərin ödənişsiz olaraq və ən gec 24 saat içərisində çatdırılması
  5. Hər bir büdcəyə uyğun kredit göstəricilərinin nəzərə alınması
  6. Cari “trend müştəri” ilə yanaşı potensial “trend müştəri”yə də diqqət yetirmək.
  7. Sadəcə təcrübəli deyil həm də həvəsli işçi prinsipi ilə işləyən kadr strategiyası
  8. Fərqli deyil, inam yaradacaq biznes mühiti

İnvestorlar üçün

Biz “Smart Telecom” olaraq brendimizin bazarda sürətli bir şəkildə yayılacağına və oturuşmuş satış bazarına yeni bir səs,yeni bir nəfəs gətirəcəyimizə inanırıq. Biz Azərbaycanın biznes mühitinin gələcəyə açılan qapısı olmağa qərarlıyıq.