Zəmanət şərtləri

Hörmətli müştəri!

Zəmanətli təmir yalnız istehsalçının günahından baş vermiş qüsurlara aid olunur.

Qüsurun istehsalçı tərəfindən baş verib verməməsi şirkətin öz mütəxəssisləri və ya rəsmi nümayəndəliklərin servis mütəxəssisləri tərəfindən təsdiq oluna bilər.

Zəmanət müddəti malın satıldığı gündən hesablanır.

14 gün ərzində hər hansı bir xarici zədə almayan telefon müştərinin istəyi ilə qaytarıla və ya dəyişdirilə bilər.

Zəmanət müddəti bitmiş və ya zəmanət şərtlərinə uyğun olmayan malların təmiri şirkətin tariflərinə uyğun olaraq ödənişli olur.

Təmirə ehtiyacı olan cihaz müayinə və təmirin icra olunması məqsədi ilə texniki servis mərkəzində 2 gündən 14 iş gününə qədər saxlanıla bilər. Lazımi ehtiyyat hissəsinin tapılması ilə əlaqədar, onun istehsalçıya sifarişi və gətirilməsi nəzərə almaqla bu müddət tərəflərin razılığı ilə müəyyən müddətə qədər uzadıla bilər.

Satılan mallar yalnız aşağıdakı şərtlər daxilində zəmanətli təmirə qəbul edilir:

  1. Təmirə qəbul olunan cihaz yalnız bu talonda adı, soyadı qeyd olunan şəxsin şəxsiyyətini təsdiq edən sənəd ilə qəbul olunur.

  2. Zəmanət müddəti bitməyən mallar

Aşağıdakı hallarda mallar zəmanətli təmirə qəbul edilmir.

  1. Telefon şirkətin rəsmi servis mütəxəssislərindən başqa hər hansı bir kənar şəxs tərəfindən təmir edilmiş, bu barədə təsdiqedici sənəd təqdim edilmədikdə və təmirin keyfiyyətsizliyi nəticəsində telefona zərər dəyibsə 

  2. Zərbə, daxilində kənar cismin və ya mayenin düşməsi və digər xarici təsir nəticəsində yaranmış xarici və ya daxili mexaniki zədə olduqda

  3. Cihazda gərginliyin həddən artıq yuxarı və ya aşağı olması nəticəsində yaranmış qüsur olduqda.